Yığmalarımız Olimpiadada Slovakiya və Qazaxıstanı eyni hesabla udub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmalarımız Olimpiadada Slovakiya və Qazaxıstanı eyni hesabla udub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Hindistanın Çennae şəhərində Azərbaycan da daxil olmaqla 188 kişi və 162 qadın komandasının iştirakı ilə keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu məhtəşəm yarışda bu gün sayca 6-cı turun qarşılaşmaları olub. Qeyd edək ki, tur hər iki komandamız üçün uğurlu keçib. Belə ki, heyətində Şəhriyar Məmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasovun yer aldığı kişi şahmat yığmamız yesabat turunda Slovakiyanı, Günay Məmmədzadənin, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın şərəfini qoruduğu qadın millimiz isə Qazaxıstanı eyni hesabla məğlub edib - 3:1. Kişilərin heyətində, yalnız Durarvəyli məğlubiyyətlə üzləşib. Qalan 3 şahmatçımız rəqibini mat qoyub. Bu qələbə kişi yığmamız topladığı 9 xalla 27-ci yerdən 19-cu pilləyə qaldırıb. Zəriflərimizdən isə, Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyevanın qalib gəldiyi bu oyunda Məmmədzadəylə Beydullayeva rəqiblə xal bölüb. Lakin bu bölgü yığmamızın qalib gəlməsinə mane olmayıb. Bu qələbədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran qadın millimiz 6-cı pillədən 2-ci yerə yüksəlib.
Qeyd edək ki, 7-ci turda kişi yığmamız hazırda 9 xalla 16-cı olan İzraillə, qadın komandamız isə 12 xalla yarış cədvəlinə vahid liderlik edən ev sahibi - Hindistanla qarşılaşacaq. Hər iki qarşılaşma çətin olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)