“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək

“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçünelan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
Qeyd edək ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq,əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.
İmtahan13 avqust 2022-ci il tarixində saat 10:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 13 avqust tarixində, saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.
Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020