Çaytikanı və ənginar növü haqqında +FOTO=5
Bu xəbəri paylaş
Çaytikanı və ənginar növü haqqında
Dendrologiya İnstitutunun tədqiqat sahələrində becərilən çaytikanı və ənginarnövünün bioekoloji xüsusiyyətləri, böyümə və inkişaf dinamikası, məhsuldarlığına ekoloji amillərin təsiri, tərkibindəki bioloji aktiv maddələrin öyrənilməsi məqsədi ilə elmi- tədqiqat işləri aparılıb.
Hazırda dünyanı öz təsiri altına alan infeksion xəstəliklər ilə mbarizə aktual problemdir. İnfeksiyanın yayıldığı bir dönəmdə viruslar insanların həyat və sağlamlığını təhlükə altına alır və narahatlıq yaradır. Çox qədim zamanlardan təbabətdə virus əleyhinə güclü təsir edən dərman bitkilərindən istifadə olunmuşdur. Bitkilər atmosfer havasını oksigenlə zənginləşdirməklə yanaşı, həm də onların bütün hissələri müxtəlif xəstəliklərin müalicəsində məlhəm olur. Nəzərə alsaq ki, koronavirusun ilk sinptomları soyuqdəymə, qrip, öskürəkdir, onda çaytikanı bu xəstəliklə mübarizədə müalicə və istifadə spektrinin genişliyinə görə əvəzolunmaz bitkidir.
Dendrologiya İnstitutunun bitki kolleksiyasında meyvələri vitaminlərlə zəngin olan Çaytikanı (Hippophae L.) biitkisi özünəməxsus yer tutur. Çaytikanı hündürlüyü 2-5 (10) m-ə çatan ağaç və ya kol bitkisidir. Gövdəsinin diametri 30 sm-ə qədər olur. İlk dəfə Avropadan təsvir edilmişdir. Dəniz səviyyəsindən 2100 m yüksəklikdə Orta və Kiçik Asiya, Qərbi və Şərqi Sibir və s. ölkələrdə bitir. Respublikamızda torpaq-iqlim xüsusiyyətlərinə görə biri digərindən fərqlənən bölgələrdə yayılmışdır. O cümlədən, Zakatala-Balakən, Şamaxı-İsmayıllı, Quba-Xaçmaz rayonları və Naxçıvan MR ərazisində təbii halda bitir.
Murdarçayabənzər çaytikanı (Hippophae rhamnoidesL.) isıqsevən, duza və şaxtaya davamlı bitkidir. Qışda -35-45º C, hətta ondan da aşağı şaxtaya , yayda isə +35-45º C istiyə davam gətirir. Suya az tələbkar bitkidir.
Çaytikanı xalq təbabətilə yanaşı, elmi təbabətdə də geniş istifadə olunur. Çünki, müxtəlif xəstəliklərin müalicəsində onun çiçəkləri, meyvələri, yarpaqları, cavan zoğları, oduncağı, kökü və s. çox geniş istifadə edilir. Giləmeyvəsi çox zəngin kimyəvi tərkibə malikdir. Tərkibi orqanik turşular, vitaminlər, C, B, P, K, E, karotin, rutin, dəmir, bor kimi minerallar, büzücü maddələr, yağlı turşular, fitonsidlər və s. ilə zəngindir. Giləmeyvələrindən alınan möcüzəvi yağ antiseptik və antibakterial təsirə malik olduğundan, ondan hazırlanan preparatlar güclü təsirə malikdir. Qrip infeksiyaları, soyuqdəymə, nəfəs yolları, asma, boğaz ağrısı xəstəliklərində geniş tətbiq olunur. Çaytikanı yağından müntəzəm istifadə olunduqda orqanizmin imuniteti möhkəmlənir, maddələr mübadiləsi normallaşır və infeksion xəstəliklərə qarşı müqavimət güclənir. Xalq təbabətində çaytikanı meyvələrindən alınan şirə və yağdan ağ ciyər, qara ciyər, mədə-bagirsaq, oynaq və digər xəstəliklərin müalicəsində istifadə edirlər. Yarpaq, çiçək və kök hissələrindən hazırlanan cövhərdən revmatizm əleyhinə istifadə olunur.
Çaytikanının ən mühüm xüsusuyyətlərindən biri atmosferdəki molekulyar azotu mənimsəmə qabiliyyətinə malik olmasıdır. Çünki onun kökündə azot toplayan bakteriyalar var. Bu da torpağın yaxşılaşmasına və zənginləşməsinə şərait yaradır.
Torpağırekultiviasiyaedir.Yenifitosenozyaratmaqlatorpağıəkinüçünyararlıedir, məhsuldarlığınıartırır.
Beləliklə, unikal xassəyə malik olan çaytikanı faydalı dərman və qida əhəmiyyətli bitkidir. Abşeron şəraitində mədəni formada yayılması mümkün olan, lakin az yayılan Hippophae rhamnoides L. növünün çoxaldılması respublikamızda onun meyvəsinin daha geniş istifadə edilməsində perspektıvlidir.
Azərbaycan florasında dərman bitkiləri arasında çoxsahəli istifadə xüsusiyyətlərinə malik olan Ənginar (Cynara L.) AMEA Dendrologiya İnstitutunun bitki kolleksiyasında özünəməxsus yer tutur. Ənginar (Cynara L.) mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinə aid olub, hündürlüyü 2,5-m-ə qədər boy atan, yerüstü hissəsi göy-yaşıl rəngdə olan çoxillik ot bitkisidir. Vətəni Aralıq dənizi ölkələridir. Avropanın orta qurşaqlarında, Şimali və Cənubi Amerikada, Kanar adalarında 12-yə qədər növü vardır. Digər ölkələrə İtaliyadan yayılmışdır. Azərbaycanda 2 növü əkilib becərilir: Əkin ənginarı və ya Tikanlı ənginar (C. scolymus L.) və İspaniya ənginarı (C.cardunculus). Lakin daha çox Əkin ənginarı (C. scolymus L.) növündən istifadə olunur. Generativ və vegetativ (toxum olmadıqda) yolla çoxaldılırur.
Əkin ənginarı istilik və işıqsevən bitkidir. Lakin istiyə tələbkar olmasına baxmayaraq, qışa, quraqlığa davamlı bitkidir, quru iqlimə üstünlük verir. Qış aylarında öz inkişafını normal keçirir. Abşeron şəraitində bitkinin kökətrafı (rozet) yarpaqları 8-10⁰C şaxtaya dözür, uzun müddət (30-40 il) eyni yerdə inkişafını davam etdirir, çiçəkləyir və toxum verir. Əkin ənginardan istənilən yeişmə dövründə istifadə etmək olar. Hətta müşahidələrimiz göstərir ki, bitkinin xüsusi qayğıya ehtiyacı yoxdur.
Ot bitkilərinin torpaqda hava temperaturunun tənzimlənməsində rolu böyükdür. Günəş şüalarının udulmasında torpaq səthinin gövdə, yarpaq, güləşlə örtülməsi mühüm əhəmiyyət kəsb edir. İstilik şüasının udulması torpağın üst səthində yox, bitkilər yerləşən hava təbəqəsində baş verir və bu halda torpaq səthi ancaq 20 % şüa qəbul edir. Çoxillik ot bitkilərinin yamaclarda yayılması torpağa yüksək səmərə verir və torpağı eroziyadan qoruyur. O cümlədən, əkin ənginarı növünün yerüstü hissəsi çoxlu yarpaq örtüyü əmələ gətirdiyindən torpağı eroziyada mühafizə edir. Bu baxımdan, Ənginar (Cynara L.) növünün quraqlığa davamlılığı, istilik və işıqsevən olması, ekoloji cəhətdən davamlılığı, xüsusi qayğıya ehtiyac duymaması səhralaşmaya məruz qalan ərazilərdə əkilməsinə, torpaq eroziyası ilə mübarizədə istifadə olunmasına imkan verir.
Ənginar dərman, bal verən və dekorativ bitkidir. Boyaq və lif, sabun istehsalında müxtəlif rənglərin alınması üçün tətbiq edilir. Heyvanlar tərəfindən yaxşı yeyilir, odur ki, heyvandarlıqda yem məhsulu kimi istifasdə olunur.
Çoxsahəli istifadə xüsusiyyıtlərinə malik olan əkin ənginarının tərkibi çoxlu miqdarda sinarin qlükozidi, piyli və qatranlı maddələr, üzvü turşular, askorbin turşusu, azotlu maddələr, bitki yağları (doymuş və doymamış), mineral duzlar,vitaminlər və antioksidant maddələr baxımından çox zəngindir. Xalq təbabətində əkin ənginardan (yarpaq, çiçək, toxum, kök) çay kimi dəmləyib qaraciyər, ürək xəstəliklərində, hipertoniya, şəkər, avitaminoz və digər xəstəliklərin müalicəsində istifadə edilir.
Əkin ənginarı (Cynara scolymus L.) çox qiymətli və faydalı bitkidir. Lakin, Azərbaycanda çox az tanınır və kifayət qədər becərilmir. Bu qiymətli bitkinin respublikamızda çox geniş sahələrdə becərilməsi, elmi əsaslarla öyrənilməsi çox vacibdir. Həm qiymətli qida məqsədilə, həm müalicə vasitəsi kimi, həm də dekorativ bağçılıqda istifadəsi əlverişlidir. Qiymətli və faydalı bitki kimi xalq təsərrüfatının müxtəlif sahələrində (tərəvəz, dərman, dekorativ, heyvandarlıqda yem və s.) tətbiq olunması məqsədəuyğundur.
Çoxsahəli istifadə xüsusiyyıtlərinə malik olan əkin ənginarının tərkibi çoxlu miqdarda sinarin qlükozidi, piyli və qatranlı maddələr, üzvü turşular, askorbin turşusu, azotlu maddələr, bitki yağları (doymuş və doymamış), mineral duzlar,vitaminlər və antioksidant maddələr baxımından çox zəngindir. Xalq təbabətində əkin ənginardan (yarpaq, çiçək, toxum, kök) çay kimi dəmləyib qaraciyər, ürək xəstəliklərində, hipertoniya, şəkər, avitaminoz və digər xəstəliklərin müalicəsində istifadə edilir.
Əkin ənginarı (Cynara scolymus L.) çox qiymətli və faydalı bitkidir. Lakin, Azərbaycanda çox az tanınır və kifayət qədər becərilmir. Bu qiymətli bitkinin respublikamızda çox geniş sahələrdə becərilməsi, elmi əsaslarla öyrənilməsi çox vacibdir. Həm qiymətli qida məqsədilə, həm müalicə vasitəsi kimi, həm də dekorativ bağçılıqda istifadəsi əlverişlidir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




