Meymun çiçəyi virusu və onun əlamətləri- TƏBİB-dən AÇIQLAMA

Meymun çiçəyi virusu və onun əlamətləri- TƏBİB-dən AÇIQLAMA

 

Meymunçiçəyi xəstəliyinin əlamətlərini açıqlanıb.

 

TƏBİB-dən  verilən məlumata görə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

 

"Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

 

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın", - deyə məlumatda qeyd olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020