Tatami ustalarımız İslam Oyunlarına hazırlaşırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Tatami ustalarımız İslam Oyunlarına hazırlaşırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Cüdo üzrə böyüklərdən ibarət milli yığmamız 9-18 avqust aralığında Türkiyənin Konya şəhərində təşkil ediləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, həmin mötəbər yarışda iştirak edəcək cüdoçularımızın Bakıda təlim-məşq toplanışı davam edir. Qeyd edək ki, iyulun 27-dən başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.
Avqustun 8-də isə cüdo üzrə yığmamız İslam Həmrəyliyi Oyunlarında iştirak üçün 7 nəfərdən ibarət heyətlə Türkiyəyə yola düşəcək. Onlar 15-16 avqust tarixlərində fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər.
Məşqçi Zaur Babayevin rəhbərliyi altında İslamiada-2022-də çıxış edəcək idmançılarımızın heyəti belədir:
Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq) və İmran Yusifov (+100 kq).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


