Voleybol yığmalarımızın İslamiada-2022-dəki təqvimi bəlli olub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Voleybol yığmalarımızın İslamiada-2022-dəki təqvimi bəlli olub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Avqustun 9-da 18-dək Konyada (Türkiyə) sayca 5-ci olan İslam Həmrəyliyi Oyunları (İslamiada-2022) keçiriləcək. Azərbaycanın İslamiadada mübarizə aparacağı idman növlərindən biri də voleyboldur. Ölkəmiz həm kişilər, həm də qadınlar arasında təmsil olunacaq. Artıq hər iki komandamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi dəqiqləşib.
B qrupunda yer alan qadın yığmamızın qrupdakı oyunlarının təqvimi belədir:
8 avqust, 17:00 Seneqal - Azərbaycan;
10 avqust, 14:00 Əfqanıstan - Azərbaycan;
12 avqust, 14:00 Kamerun - Azərbaycan.
A qrupunda yer alan kişi komandamızın oyun təqvimi isə belədir:
9 avqust, 11:00 Sudan - Azərbaycan;
11 avqust, 20:00 Azərbaycan - Kamerun;
13 avqust, 17:00 Azərbaycan - Mərakeş.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


