Elçin Mirzəbəyli: Neçə illər yolunu gözlədim ey nazlı mələk

Elçin Mirzəbəyli: Neçə illər yolunu gözlədim ey nazlı mələk

Elçin Mirzəbəyli: Neçə illər yolunu gözlədim ey nazlı mələk

 

Neçə illər yolunu gözlədim ey nazlı mələk,
Neçə illər...
Qovuşum həsrətimin bayrağına!
Ötdü gün, keçdi zaman, qopdu tufan, əsdi külək -
Yenə Haqq saldı şəfəq dövlətimin bayrağına!

 

Göy üzü mavi niqabın gecə salmış üzünə,
Al qumaşdan üfiqə pərdə çəkən gündüzünə!
Yamyaşıl rəsmini çəkmiş baharın göy üzünə -
Türk olan, çağdaş olan ümmətimin bayrağına!

 

Sən gözəllər gözəli, gül camalım, ay bənizim,
Dalğalan...
dalğalarıyla səni ansın dənizim!
Yenə də şanlı zəfərlərlə uzansın hər izim -
Ucalardan uca hürriyyətimin bayrağına.

 

Əsgərim, keç də qürurla önünə, ver salamı!
Şənini vəsf eləsin andımızın hər kəlamı.
Halal olsun qanımız da, canımız da, qoy hamı
Qurban olsun bu əziz millətimin bayrağına!

 

Elçin Mirzəbəyli
22-24 oktyabr 2019-cu il

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020