İslamiada-2022-də iştirak edəcək qadın voleybol yığmamız heyəti müəyyənləşib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İslamiada-2022-də iştirak edəcək qadın voleybol yığmamız heyəti müəyyənləşib - İNTİQAM təqdim edir (AZpress.AZ)
9-18 avqust günlərində Konyada (Türkiyə) keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına (İslamiada-2022) hazırlığını Mariborda (Sloveniya) başa vuran qadın voleybol komandamız oradan birbaşa Türkiyəyə ucub. Təlim-məşq toplanışının sonunda qadın voleybolçulardan ibarət Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti də müəyyənləşib:
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, baş məşqçi Eldar Yusubov və məşqçilər: Vüqar Əliyevlə Emin Əbilovun rəhbərliyi altında Konyaya uçan komandanın heyətində aşağıdakı voleybolçular yer alıb: Yelizaveta Ruban, Odina Əliyeva, Nikalina Başnakova, Marqarita Stepanenko, Kristina Besman, Valeriya Kondratyeva, Bəyaz Əliyeva, Yuliya Kərimova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Xarçenko, Anastasiya Mertsalova, Aynur İmanova, Mariya Kirilyuk.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

