Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq istəyirik
Bu xəbəri paylaş
Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq istəyirik
Ölkədə mövcud ictimai şuraların işi ilə tanışlıq layihəmizin qonağı Daxili İşlər Nazirliyi yanında ictimai şuranın sədri Əliməmməd Nuriyevdir.
Əsas qərar ondan ibarət oldu ki, şura olaraq DİN-in tender və qrant müsabiqələrində iştirak etməyəcəyik, bu maraqların toqquşması səbəbindən və müstəqilliyimizin qorunması üçün vacib amil idi.
Artıq Bakı şəhərində iki idarə üzrə monitorinq keçirmişik. Bu barədə yekun rəylərimizi hazırlamışıq. Bütün ölkəni əhatə edəcək monitorinqlər davam etdiriləcək.
Cənab nazirlə görüşümüz də olub, o da bizə tam dəstək verdiyini bildirib. Nazirin belə bir göstərişi var ki, ictimai şuradan gələn bütün müraciətlər birbaşa ona təqdim olunsun.
Biz dövlət orqanını müdafiə etmirik, onun işini göstərməkdə şəffaflığa dayanırıq.
DİN yanında ictimai şuranın öz adımıza uyğun nümunəvi bünövrəsini qoymaq istəyirik.
İctimai şuraların sədrlərinin koordinasiya şurası yaradılmalıdır.
İlkin mərhələdə bu mənada təsadüfi adamlar seçildi.
Sonuncu seçki prosesindən qabaq dövlət qurumları istədiyi şəxslərin seçilməsinə cəhd göstərirdi, amma bugünki ictimai şuralara üzvlərin seçimində şəffaflığı vurğulamaq lazımdır.
https://ictimaishura.az/details/az/6681
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)