İslamiada-2022-də ölkəmizi hansı güləşçilər təmsil edəcəklər? - İNTİQAM təqdim edir (AZpress.AZ)

İslamiada-2022-də ölkəmizi hansı güləşçilər təmsil edəcəklər? - İNTİQAM təqdim edir (AZpress.AZ)

İslamiada-2022-də ölkəmizi hansı güləşçilər təmsil edəcəklər?  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Avqustun 9-da Türkiyənin Konya şəhərində sayca V olan İslam Həmrəyliyi Oyunlarına (İslamiada-2022) start veriləcək. Ölkəmiz bu oyunların proqramına daxil olan idman güləşi (yunan-Roma, sərbəst və qadın güləşi) üzrə yarışlarda da təmsil olunacaq. Artıq Oyunlarda iştirak edəcək komandalarımızın heyətləri də müəyyənləşib. Ümumilikdə İslamiadaya 28 güləşçimiz qatılacaq ki, onların da arasında çoxlu sayda dünya və Avropa çempionları və mükafatçıları yer alıb.

 

Qadın yığmamızın heyəti: Mariya Stadnik (50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), və Gözəl Zutova (72 kq).

 

Yunqn-Roma komandası: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq). Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (7 kq), Rafiq Hüseynov (82 kq), Məhəmməd Əhmədov (87 kq), Arif Niftullayev (97 kq), və Sabah Şəriəti (130 kq).

 

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Əsgər Məmmədəliyev (70 kq), Turabn Bayramov (74 kq), Hacımurad Omarov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaomedov (92 kq), İslam İlyasov (97 kq) və Rahid Həmidli (125 kq).
İslamiada-2022-də güləş yarışları 10-13 avqust günlərində keçiriləcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020