“Şərq Bazarı”nda “Arşın mal alan” satış-sərgi yarmarkası keçirilir +FOTO=50
Bu xəbəri paylaş
“Şərq Bazarı”nda “Arşın mal alan” satış-sərgi yarmarkası keçirilir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (#KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
5 avqust tarixində İlk dəfə keçirilən tədbirin açılış mərasimi baş tutub.
Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində, assosiasiyaların bu istiqamətdə fəaliyətlərinin önəmi barədə fikirlərini bölüşüblər.
Yarmarka avqustun 7-dək davam edəcəkdir.
Tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, informasiya dəstəkçiləri isə Xəzər Media Mərkəzi, “Trend” müstəqil informasiya agentliyi (trend.az) və big.az xəbər portalıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

















































