Qadın voleybol yığmamız İslamiadaya Seneqala qarşı oyunla başlayır - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamız İslamiadaya Seneqala qarşı oyunla başlayır - İNTİQAM təqdim edir (AZpress.AZ)
Startı bir neçə gün öncə Konyada (Türkiyə) velosipedçilərin çıxışı ilə verilən, rəsmi açılış mərasimi isə bu günə nəzərdə tutulan və sayca V olan İslamiadada qadın voleybolçuların yarşı başlayır. İlk olaraq qadın voleybol yığmamız mübarizəyə qatılacaq. Baş məşqçisi Eldar Yusupov olan millimiz ilk matçını bu gün saat 17:00-da Seneqal komandasına qarşı keçirəcək.Xatırladaq ki, Azərbaycanının qadın voleybol yığması yer aldığı qrupda növbəti oyunlarını Əfqanıstan və Kameruna qarşı keçirəcək.
10 avqust, 14:00 Əfqanıstan - Azərbaycan;
12 avqust, 14:00 Kamerun - Azərbaycan.
A qrupunda yer alan kişi komandamızın oyun təqvimi isə belədir:
9 avqust, 11:00 Sudan - Azərbaycan;
11 avqust, 20:00 Azərbaycan - Kamerun;
13 avqust, 17:00 Azərbaycan - Mərakeş.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)