Ermənilər Laçın və Zabuxda "özünümüdafiə təşkilatı" yaradırlar

Ermənilər Laçın və Zabuxda "özünümüdafiə təşkilatı" yaradırlar 

 

Artıq iki gündür ki, Laçının Zabux kəndində məskunlaşdırılmış ermənilərə ərazini tərk etmələri barədə xəbərdarlıq edilib. Bu gün isə ermənilər Laçın şəhəri və Zabux kəndinin "müdafiəsi" üçün "özünümüdafiə təşkilatı" yaratdıqlarını elan ediblər.

Bununla bağlı Ermənistan Respublikasının “Demokratik Konsolidasiya” partiyası çağırış edib.

"Biz həqiqətən praktiki olaraq Laçın və Zabuxun qorunmasına töhfə verməyə hazır olan insanları yaşayış məntəqələrinin özünümüdafiəsinə qoşulmağa çağırırıq".

Partiya sədri Suren Petrosyanın artıq Zabuxda olduğu bildirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020