Dəniz kuboku müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib +FOTO=2

“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib +FOTO=2

“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib 

 

Avqustun 8-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib.

 

İştirakçı dövlətlərin nümayəndələrinin qatıldığı tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının icra olunacağı yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.

 

Həmçinin müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə ediblər.

 

Qeyd edək ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirak etdiyi "Dəniz kuboku" müsabiqəsi cari ilin avqust ayının 13-dən 27-dək keçiriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020