Kəramət Böyükçöl: Təəssüf ki, bizdə oturuşmuş dövlət sistemi yoxdur
Bu xəbəri paylaş
Kəramət Böyükçöl: Təəssüf ki, bizdə oturuşmuş dövlət sistemi yoxdur
Oğlumdan soruşuram ki, Barış, Azərbaycanı kim yaradıb? Deyir, Rəsulzadə. Soruşuram ki, Barış, nəyi öpüb gözünün üstünə qoymaq istəyirsən? Deyir, bayrağımızı. Uşaq bayrağımızın rənglərini, onların danışıdığı mənaları izah edir, bunu məhləmizdə heç yekə-yekə kişilər bilmir. Elə şeylər var ki, uşağa onu valideyni başa salmalıdır, məktəb yox. İnanın, bu pafos, vətənşüvənlik-zad deyil. Bəlkə, bir amerikalı üçün bayrağı öpmək, qucaqlamaq, ona hörmət etmək o qədər də maraqlı olmaz. Oturuşmuş bir dövlət sistemləri var, bayraqlarını cırmırsan, tapdalamırsan, neyləyirsən elə, heç veclərinə də deyil. Ancaq təəssüf ki, bizdə o oturuşmuş dövlət sistemi yoxdur. Elə oturuşmuş dövlət sistemi yoxdur deyə məktəbə etibar yoxdur, onun üçün deyirəm: elə şeylər var ki, onu uşaqlara valideyn başa salmalıdır, məktəb yox. Hər cür idealogiyadan uzaq bir adamam, ancaq illah da ki, sən hansısa bir bayrağa sarılmalı, qucaqlamalı, öpməlisən, o bayraq Azərbaycan bayrağı olmalıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












