DÇ-ya gedəcək heyət açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

DÇ-ya gedəcək heyət açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

DÇ-ya gedəcək heyət açıqlanıb  - İNTİQAM təqdim edir (AZpress.AZ)
 

 

Avqustun 10-dan 13-dək Ekvadorun Quayakile şəhərində gənc cüdoçuların dünya çempionatı keçiriləcək. Dörd gün davam edəcək bu çempionatda Azərbaycan cüdoçuları da iştirak edəcəklər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionatda iştirak edəcək komandanın heyəti belədir: Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə , Qədir Hüseynov (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq).
Xatırladaq ki, bu dünya çempionatında Azərbaycan da daxil olmaqla planetin 65 ölkəsini təmsil edən 400 idmançı medallar uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020