Daha bir medal atletimiz Aleksis Kopelyodan gəldi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daha bir medal atletimiz Aleksis Kopelyodan gəldi  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin Konya şəhərində sayca 5-ci olan İslam Həmrəyliyi Oyunları (İslamiada-2022) keçirilir. Bu gün Azərbaycan komandası aktivinə daha bir medal yazdırmaqla medalların sayını 3-ə çatdırıb. Sayca 3-cü olan bu gümüş əyarlı medal üçtəkanla tullanan atletimiz Aleksis Kopelyonun payına düşüb. Təəssüflər olsun ki, onunla eyni yarışa qatılan təmsilçimiz Nazim Babayev fərqlənə bilməyib. Xatırladaq ki, bundan əvvəl metal disk atan idmançımız Anna Skidan İslamiadanın qızıl, taekvonoçumuz Həşim Maqomedovsa (58 kq) bürünc medalını qazanmışdı. Bununla da arıt Azərbaycanın aktivində bir dəst (1-1-1) medal var. Təəssüflər olsun ki, bu gün uzunluğa tullanma yarışına qatılan təmsilçilərimiz - Yekaterina Sarıyeva və Yelena Pextıryeva da fiaskoya uğrayıb.

 

İdmançılarımızın qatıldıqları digər yarış növlərinə gəlincə, qadınlardan ibarət stolüstü tennis üzrə millimiz Banqladeşə qarşı keçirdiyi start matçını qələbə ilə bitirsə də (3:0), ardından Özbəkistana eyni hesabla uduzub. Kişi komandamız isə Mavritaniya komandası meydana çıxmadığı üçün texniki qələbə qazanıb - 3:0.

 

İlk matçda Kamerun millisi üzərində texniki qələbə (10:0) qazanan qadın həndbol yığmamız ikinci oyunda Əfqanıstanı üstələyib - 43:9.

 

Üzgüçülük yarışına qatılan paralimpiyaçımız Könül Süleymanova 100 metr məsafəyə brassda 4-cü, 50 metr məsafədə isə 5-ci olub.
İslamiada-2022 davam edir.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020