Faiq İsmayılov: YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: Qan donduran vəhşilik

Faiq İsmayılov: YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: Qan donduran vəhşilik 

 

(birinci yazı)

 

Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi 1992-ci ilin may ayının 8-dən, 08 noyabr 2020-ci il tarixəqədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında oldu və Şuşada böyük sayda Azərbaycanın mədəni dəyərləri məhv edildi. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən, işğal dövrütək Şuşalıların deyi eyni zamanda azərbaycanlıların inanc və etiqad yerlərinin demək olarki hamısı məhv edildi.


Erməni işğalından zərər çəkən abidələrdənbiri də Yuxarı Gövhərağa məscidi idi.Məscidi məqsədli şəkildə dağıdaraq yararsız hala saldılarını nümayişkaranə şəkildə ictimailəşdirirdilər.Erməni türkün düşməndir şərait yarandıqca türklərə məxsus hər şeyi uçurdur, yandırır, dağıdırlar. Amma nədənsəYuxarı Gövhərağa Məscidiniplanlı şəkildə təhqir edilməsini həyata keçir və bu vəhşiliyi dünyaya nümayiş etdirirdilər.

 

 

Dünya təcrübəsində bir qayda var ki, bir dövlət digər bir dövlətin ərazisini işğal edəndə, işğal olunan dövlətin mədəni irsini toxunulmaz saxlayır, inanc yerləri və ziyəratgahlara xüsusi olaraq hörmətlə yanaşırlar. Lakin ermənilər utanc hissindən uzaq olduqlarına görə, işğal altında saxladıqları ərazilərdə inanc yerləri və ziyaratgahlara qarşı hər cür əxlaqsız hərəkətlərə yol verirdilər.

 

 

Haqqında söhbət açdığımız Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidinin görünməyən tərəfləri haqqında danışacağıq. Ermənilərin “təmir” edib tolerantlıq nümunəsi kimi təqdim etdikləri Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi barədə.

 

Şuşa işğal edildikdən dərhal sonra erməni hərbçilər məscidin minarələrindən mişen kimi istifadə edib müxtəlif çaplı silahlardan günaşırı atəşə tutulurdu. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları müxtəlif insanlar tərəfindən qarət edilərək mənimsənilmişdir. Məscid bir müddət erməni uşaqlarının oyun yerinə çevrilmiş və ayaqyolu kimi istifadə edilmişdir.

 

Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, Məscidin rəsmi şəkildə təhqir olunmasına və tədricən dağıdılıb yox edilməsinə göstəriş verilmişdi.Məscidin ətraf lanşaftı daxili və xarici hasarları məscid ətrafındakı qəbirlər və qəbir daşları erməni uşaqlarının əyləncə yerinə çevrilmiş, qəbirlərlə hörmətsiz davranış ictimailəşdirilərək mətbuat səhifələrinə çıxarılmışdı.

 




Qəbirlərin bir neçəsinin baş daşları ermənilər tərəfindən sındırılmış, bir neçə qəbir isə sökülərək sümüklər oradan çıxarılmışdır. Bu Vandalizm aktı da ermənilər tərəfindən ictimailəşdirilmişdi.

Yuхarı Gövhər ağa məscidi, Şuşa şəhərinin cümə məscidi kimi tanınan, ən böyük məscididir. Məscid şəhərinin mərkəzi Meydanında öz əzəməti ilə daim diqqət çəkir. Yuхarı Gövhər ağa məscidinin tikintisi dörd mərhələdə həyata keçirilmişdir:

 

Birinci mərhələ: Qarabağ xanlığının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir.

 

İkinci mərhələ: İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscid sökülərək yerində daşdan yeni məscid tikilmişdi.

 

Üçüncü mərhələ: XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. Üçüncü məscidin ibadət salonu üçnefli olub planda kvadrata yaxın formadadır (190 х 185 m). Şimal tərəfdən ona artırılan üçtağlı eyvan (14,5 x 5,0 m) Cümə məscidinin planına düzbucaqlı forma (26,5 x 21,5 m) verir. Eyvanın künclərində iki minarə və ibadət salonunun yanlarındakı balkonlara – qadın bölümünə pilləkənlər yerləşdirilib. Məscidin ibadət salonu 6 daş sütunla neflərə bölünüb. Yan bölmələr sivri tağbəndlə örtüldüyü halda ortadakı iki kvadrat planlı hissə günbəzlə örtülür. Salonun interyeri ikiqat pəncərələrlə işıqlandırılır. Məscid binası bütünlüklə daşdan tikildiyi halda onun minarələri tamamilə kərpicdən yığılmışdır. Minarənin silindrik gövdələri üfüqi kəmərlərlə üç hissəyə bölünmüş və hər bölüm fərqli kərpic hörgüsü naxışları ilə üzlənmişdir.

 

Dördüncü mərhələ: 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərləri sırasına daxildir.

 

QEYD: Məqalə, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi əsasında hazırlanıb.

Faiq İsmayılov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020