Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.
 

innews.media xəbərinə görə, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.
 

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - o bildirib.
 

Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020