Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir +FOTO=13

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir +FOTO=13

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir 

 

Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsinə start verilib.

 

Düşərgənin proqramına əsasən ilk gün rəsmi açılış mərasimi baş tutub. Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçirilib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intelektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil olunub.

 

Növbəti gün isə gənclər üçün “Smart şəhər: Dörd əsas texnologiya” və “Mexatronika və maşın öyrənməsi”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi” kimi mövzularda təlim, seminar, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi ilə elmi-əyləncəli, intelektual oyunlar, idman yarışları keçirilib.

 

Avqustun 10-da “Smart şəhər: Dörd əsas texnologiya” və “Mexatronika və machine learning” təlimləri davam etdirilmiş, qruplar üzrə bölünmüş komandalar tapşırıqları icra etmiş, “Elm və təhsildə innovativ texnologiyalar”, “Simulyasiya proqramları” mövzusunda mühazirə, praktiki məşğələ və elmi debatlar təşkil edilib.

 

Qeyd edək ki, təlimlər Yüksək Texnologiyalar Parkının, onun rezidenti olan “Troniq” MMC-nin, Gənc Alim və Mütəxəssislər Şurasının və Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

 

Gənclərin innovasiya düşərgəsi qarşıdakı günlərdə “Robototexnika”, “Motivasiya və hədəf” və proqramda nəzərdə tutulan digər təlimlərlə davam edəcək.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020