Taekvondoçumuz Fəridə Əzizova İslamiada-2022-nin qalibidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Taekvondoçumuz Fəridə Əzizova İslamiada-2022-nin qalibidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Taekvondoçumuz Fəridə Əzizova İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Cavad Ağayevsə Oyunların ikincisi olub

 

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunları davam edir. İslamiadanın 5-ci günü güləşçilərimiz kimi taekvondoçularımız üçün də uğurlu keçib. Beləki, Oyunların 5-ci günü dayanq üzərinə çıxan 4 taekvonduçumuzdan 3-ü daha uğurla çıxış edərək günü bir dəst (1-1-1) medalla başa vurublar. Ən yaxşı nəticəni 67 kq-da mübarizə aparan Fəridə Əzizova göstərib. İlk 3 görüşünü qələbə ilə başa vuraraq finala çıxan Fəridə həlledici döyüşdə seneqallı rəqibini də məğlub edərək, İslamiada-2022-nin qalibi olub. Günün gümüş medalı Cavad Ağayevin (68 kq) payına düşüb. Yalnız həlledici finalda özbəkistanlı rəqibinə uduzan Cavad İslamiada-2022-nın gümüş medalı ilə kifayətlənib. Bunlardan öncə isə Patimat Abakarova (49 kq) Oyunların bürünc medalını qazanmışdı. Bir gün öncə Həşim Maqomedovun (59 kq) qazandığı bürüncü də nəzərə alsaq, hazırda taekvondoçularımızın aktivində 4 (1-1-2) medal var.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020