Elməddin Muradlı: Din siyasətə qarışanda İran olur...

Elməddin Muradlı: Din siyasətə qarışanda İran olur...

Elməddin Muradlı: Din siyasətə qarışanda İran olur...

 

Bizim bəzi məscidlərdə axundlar namaz qılmağa gələnlərdən məscidin kommunal xərcləri adıyla aylıq pul alıb orda-burda arvad saxlayanda, o pulları mənə halal edin, özüm bilirəm nə edəcəm deyib halallıq istəyəndə, məscidin ətrafındakı tin-bucaqları icarəyə verib biznes quranda, Şeyxülislam Allahşükür Paşazadə nəzir qutularına biznes marağıyla baxanda İran öz işini görürdü.

 

Kimsəsiz, imkansız uşaqları sünnət etdirmək, zəif insanları maddi maraq təsiri ilə öz aralarına çəkmək siyasəti yürüdüb din adı altında cəhalət, dövlətə qarşı kin qusan ordu yetişdirəndə Şeyx yatmışdı. Bir də ayıldıq ki, cənub zonası əldən gedib, indi də Gəncəbasar zonası, Aran zonası təhlükə qarşısındadır.
Qonşu Gürcüstanda da şeyximizi vecinə alan yoxdur. İran mollaları oradakı azərbaycanlıları sünnət, maddi yardım, "qardaşlıq dəstəyi" adı ilə şirnikləndirib təsirə alıb. Artıq Allahşükür Paşazadəyə Bütün Qafqazın şeyxi yox, bir məscidin axundu da demək olmur. Gürcüstan müsəlmanları, azərbaycanlı soydaşlarımızın əksəriyyəti İranın təsirinə düşüb.

 

İran o qədər əxlaqsız dövlətdir ki, din pərdəsi adı altında öz çirkin siyasətini yürüdür. Dinimiz birdir guya, amma farslar Azərbaycana hər zaman düşmən kimi baxıb. Azərbaycana din, mövhumat, xurafat, narkotik göndərməklə bizi zəhərləməyi bacardı. Siyasət meydanında qələt də edə bilmir deyə ən əxlaqsız işlərə əl atır. Və budur, şeyx yatdı, İran din pərdəsi altında Azərbaycana girib hər il daha dəhşətli mənzərə ilə müşahidə olunan Aşura mərasimləri ortaya qoydu. Yaşlısı, cavanı, körpəsi tam dərk etmədikləri bir şeyin mübarizəsini aparır. Artıq şəxsiyyət vəsiqəsində Azərbaycan Respublikası, azərbaycanlı yazılan bəzi adamlar "Azərbaycan adlı dövlət yoxdur, Azərbaycan İranın bir əyalətdir" deyib dirənir. Özü də onların çoxu yaxşı vəzifələrdə oturub. Sanki fürsət gözləyirlər. Özlərini dövləti sevən biri kimi aparırlar, amma şeytan kimi zaman gözləyirlər.

 

Oyaq olmaq lazımdır. İranda mollalar öz kefindədir, ərəblər gəlib burada Aşura eşidəndə bizə gülür, "siz hələ oradasınız?" deyib lağ edir, viski içir, hər qoluna bir qadın vurub oteldə kef çəkir, siz də başlamısınız ki, din elədir, din belədir.

 

Din Allaha olan şəksiz sevgidir, inamdır, peyğəmbərə və onun davamçılarına hörmətdir. Din məzhəblərə bölündüsə, orada başqa oyunlar, siyasi maraqla ortaya çıxır. Din siyasətə qarışanda isə İran olur... Dünyanın ən əxlaqsız, ən murdar ölkəsi...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020