Həbib Misirov: Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür

Həbib Misirov: Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür

 

Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür. Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979— 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.

 

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.

 

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.

 

Azərbaycan Respuikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

 

Kəlbəcər rayonunda dəfn olunub. Allah rəhmət eləsin. Ruhun şad olsun Şəhidim Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə başlanılan 44 günlük Zəfərlə bitən Vətən müharibəsində qəhraman Azərbaycan oğulları qisasını aldılar. Uğurunda canını verdiyin torpaqlarımızda və məzarının uyuduğu doğma Kəlbəcərimizdə üç rəngli bayrağımız dalğalanır. Uca Allahdan cəmi Şəhidlərimizə rəhmət qazilərimizə şəfa diləyirik.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020