Beynəlxalq Ordu Oyunları-2022 yarışlarının təntənəli açılış mərasimi keçirilib +FOTO=3

“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib +FOTO=3

“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib 

 

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib.

 

Patriot Parkında keçirilən mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu, iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Təntənəli mərasimdə yarışlar açıq elan edilib, “Beynəlxalq Ordu Oyunları”nın himni səsləndirilib.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları 12 ölkənin ərazisində keçirilir. Beynəlxalq müsabiqələrdə 34 ölkədən olan hərbi qulluqçular fərdi və komanda şəklində mübarizə aparacaqlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020