Güləşçilərimiz U-20 dünya çempionatına qızılla başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Güləşçilərimiz U-20 dünya çempionatına qızılla başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Kənan Heybətov dünya çempionudur
Dünən Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, avqusutn 21-dək davam edədək çempionata Azərbaycan idmançıları da qatılıb. Sərbəst güləşçilərin çıxışı ilə startı verilən mundialın ilk günü döşək üzərinə çıxan 3 təmsilçimizdən biri Kənan Heybətov (70 kq) bütün gğrüşlərini qələbə ilə başa vurara, dünya çempionu olub. Kənan finalda amerikalı rəqibini 13:7 hesabla üstələyib. 65 kq-da mübarizəyə qatılan Zirəddin Bayramob isə yalnız həlledici finalda büdrəməklə ikinci yeri tutub. O, finalda özbəkistanlı güləşçiyə uduzub - 1:5. Onlarla eyni gündə mübarizəyə qatılan Soslan Tigiyevsə (79 kq) bürünc uğrund kiçik finalda məğlub olub.
Bu gün isə daha 3 gülşçimiz mübarizəyə qatılıb. Onlardan isə Cəbrayıl Hacıyev (74 kq) finala yüksəlib. Ceyhun Allahverdiyevlə (61 kq) Səbuhi Əmiraslanovsa (86 kq) sabah bürün medal uğrunda güləşəcək. Komanda çempionata böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında qatılıb.
Qeyd edək ki, 17-19 avqust günlərində qadın güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəmizi Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.
Çempionatın son 3 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)