Snayperlərimiz və üzgüçümüz qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Snayperlərimiz və üzgüçümüz qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Snayperlərimiz və üzgüçümüz qızıl medal qazanıb  -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları (İslamiada-2022) davam edir. Bu gün Azərbaycan idmançıları Oyunların proqramına daxil olan stend atıcılığı, üzgüçülük və kikboksinq yarışlarına qatılıblar. Stend atıcılığı üzrə qarışıq komanda (qoşa) yarışında Cavid HəsənovNurlana Cəfərova cütlüyü hədəfi düzgün nişan almaqla qızıl medal qazanıb.

 

Üzgüçülük yarışında isə 200 metr məsafəyə batterflyay üsulu ilə üzən Ramil Vəlizadə birinci yeri tutaraq, İslamiada-2022-nin qalibi olub. 200 metr məsafəyə sərbəst üsulla üzən daha bir təmsilçimiz Fatima Əlkərəmova isə finala cıxıb.

 

Rinqə çıxan kikboksçularımızdan isə. Rəhim Əliyevlə (71 kq, lou-kik) Bəhram Rəcəbzadə (+91 kq, lou-kik) finala çıxıb. Bu isə ən pis halda gümüş medalı özünə təmin etməkdir. Elxan Əliyev (71 kq, full-kontakt), Qəşəm Məmmədov (67 kq. lou-kik), Arzuman Qədimov (63,5 kq, lou-kik) və Aysu Dəvrişova (56 kq) üçüncü yeri tutmaqla bürünc medala yiyələnib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020