Qadın voleybol yığmamız İslamiada-2022-də bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız İslamiada-2022-də bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız İslamiada-2022-də bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Kişi komandamız isə əli ətəyindən uzun qalıb

 

Avqusutn 5-də Türkiyənin Konya şəhərində startı verilən və 4 gündən sonra isə təntənəli açılış mərasimi təşkil edilən 5-ci İslam Həmrəyliyi Oyunlarının (İslamiada-2022) proqramına daxil olan voleybol yarışıarına da yekun vurulub. İslamiada-2022-də Azərbaycan həm kişilərin, həm də qadınların voleybol yarışında iştirak edib. Qeyd edək ki, hər iki cinsdən olan komandamız ilkin qrup mərhələsini uğrla bitirib pley-offa adlasa da, yalnız biri - baş məşqçisi Eldar Yusufov olan qadin yığmamız çıxışını üçüncü yerdə başa vuraraq, mükafatçılar arasında yer ala bilib.

 

Maraqlıdır ki, hər iki komandamız pıey-offda (12 final) İran komandasına uduzmaqla qızıl medal uğrunda mübarizə aparmaq şansını itirib. Finala çıxışda Prviz Səmədovun yetirmələri İrandan olan həmkarlarına 3:0 (25:17, 25:20, 25:11), qadın millimiz isə 1:3 (25:18, 18:25, 16:25, 22:25) hesabla uduzub. Nəticədə voleybol yığmalarımız üçüncü yer uğrunda mübarizə apamalı olub. Bürünc uğrunda kişilərimiz ev sahibi olan Türkiyə millisi, zəriflərimiz isə Kamerun komandasıyla üzləşib. Kişi komandamız Türkiyə ilə görüşdə 1:3 (25:23, 22:25, 28:26, 25:18) hesablı məğlubiyyətlə üzləşərək çıxışını yalnız 4-cü yerdə başa vura bilib.

 

Qadın yığmamız isə Kamerunu 3:0 (27:25, 25:13, 25:17) hesabla üstələyərək çıxışını üçüncü pillzəd bitirməklə İslamiada-2022-nin bürünc medalına layiq görülüb.

 

Qeyd: İslamiada-20222-ni medalsız və əli ətəyindən uzun vəziyyətdə bitirən kişi voleybol yığmamız Konyadan birbaşa İstanbula uçub. Çünki, Pərviz Səmədovun yetirmələri AÇ-2023-ün fiaskoya uğradığı qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyə millisi ilə növbəti matçına çıxacaq. Görüş avqustun 17-də saat 18:30-da başlanacaq. Xatırladaq ki, kişi voleybol komandamız AÇ-2023-ün seçmə qrup mərləsi çərçivəsəndə evdə iki oyun keçirib və hər iki oyunda meydanı məğlub durumda tərk edib. Startda Danimarkaya 1:3 hesabla uduzan yığmamız ikinci ev oyununda isə Türdiyəyə quru hesabla məğlub olub - 0:3.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020