Futbol üzrə U-23 yığmamız İslamiada-2022-nin üçüncüsü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Futbol üzrə U-23 yığmamız İslamiada-2022-nin üçüncüsü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Futbol üzrə U-23 yığmamız İslamiada-2022-nin üçüncüsü olub  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin Kionya şəhərində keçirilən və sayca V olan İslam Həmrəyliyi Oyunları (İslamiada-2022) davam edir. Bu gün İslamiada-2022-də futbol yarışına yekun vurulub. Azərbaycan yığması (U-23) Oyunların üçüncüsü olub. Xatırladaq ki, Azərbaycan 3-cü yer uğrunda Əlcəzairi üstələyib. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) bitən görüşün qalibi oyundan sonra təyin edilən penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq vuran Azərbaycan 4:3 hesablı qələbə qazanıb.

 

Xatırladaq ki, heyəti Ruslan Samiqullin, Mirəli Əhmədov, Cəlal Hüseynov, Nazim Həsənzadə, Camal Cəfərov, Nəriman Axundzadə, Rüfət Abdullazadə, Abdulla Rzayev, Adilxan Qaraxmedov, Nihat Qurbanlı və Murad Xaçayevdən (kapitan) ibarət olan yığmamız qrup mərhələsində Səudiyyə Ərəbistanınıa 0:1 hesabla uduzandan sonra İran üzərində texniki qələbə (3:0) qazanıb və Mərakeşlə isə sülh (2:2) bağlayıb. Qrupdan yarımfinala yüksələn yığmamız finala çıxışda Türkiyəyə uduzaraq (0:1) 3-cü yer uğrunda oynamalı olub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020