Elçin Mirzəbəyli: İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını heç vaxt istəməyib, çünki...

Elçin Mirzəbəyli: İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını heç vaxt istəməyib, çünki...

Elçin Mirzəbəyli: İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını heç vaxt istəməyib, çünki...

 

İran Azərbaycan dövlətini gücsüz, iqtidarsız, Azərbaycan xalqını məzlum, ələbaxan və başıaşağı, bəlkə də başıqapazlı görmək istəyir. Yalnız bu halda İran kimi feodal təfəkkürünün qaranlığında boğulan, zəngin mədəniyyətləri beşində boğub dünyaya ideoloji nağıllardan, xurafatdan, terrorizm və ekstrimizmdən başqa heç bir şey bəxş etməyi bacarmayan teokratik bir dövlət “məzlumların hamisi”, “çarəsizlərin ümid yeri”, “haqqın, ədalətin keşikçisi” kimi görünə bilər. Başqa halda İranın mövcud rejiminin öz sərhədləri çərçivəsində yaratdığı acınacaqlı etnososioloji mənzərəni, ağır sosial-iqtisadi reallıqları ondan daha ağır, çarəsiz bir durumda olan toplumlara sırımaq, cəhalət saçan təbliğatla pərdələmək imkanı yoxdur. Məhz bu səbəbdən, İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəməyib, bunun qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edib.

 

İranın beynəlxalq terrorizmin sponsoru olduğu isə hər kəsə bəllidir və bu fakt beynəlxalq səviyyədə sübut olunub. Təfərrüatına varmayacağam, amma son illərədək İranın hər il dünyanın müxtəlif ölkələrindəki “Kataib Hizbullah”, “Asaib Ahl al Haq” “Hizbullah" hərəkatı, “Al Nujaba”, “Badr" təşkilatı, “Kataib Sayyad al Şuhada”, “Al Aştar" briqadası, “Saraya al Muxtar”, “Ansar Allah”, “Zeynabiyun", “Fatimiyun", "Hüseyniyun" və digər bu kimi terror qruplarına ayırdığı vəsaitin miqdarı 50 milyard ABŞ dollarından çoxdur. İran, təkcə “Hizbullah”a 2020-ci ildə 700 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Bu baxımdan, QUM üzərindəki evlərindən başqalarının üzərinə zəqQUM püskürməsələr daha yaxşı olar. Çünkü oturduqları ev yüngül bir fırtınaya bənddir.

 

Elçin Mirzəbəyli - "Qum üzərindəki evin Rəisi"
8 oktyabr 2021-ci il

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020