Daha iki kikboksçumuz İslamiada-2022-də qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Daha iki kikboksçumuz İslamiada-2022-də qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Kikboksçularımız İslamiada-2022-ni 15 medalla başa vurublar
Türkiyənin Konya şəhərində keçirilən və və sayca V olan İslam Həmrəyliyi Oyunları artıq bu gun başa çatıb.Oyunların son günü daha 6 təmsilçimiz Oyunların kikboksinq üzrə yarışlarına qatılıb. Maraqlıdır ki, son gündə rinqə çıxan idmançılarımızın hamısı uğurla döyüşərək mükafatçılar arasıbnda yer alıb. Onlardan Anar Məmmədov (57 kq. lou-kik) və Fərid Ağamoğlanov (63,5 kq, full-kontakt) bütün döyüşlərini qələbə ilə başa vuraraq, İslamiada-2022-nin qalibi olub. Yalnız həlledici final döyüşündə məğlubiyyətlə üzləşən Camal Məmmədov (54 kq, full-kontakt), Saqi Salehli (75 kq, full-kontakt), Ramal Aslanov (75 kq, lou-kik) və Eıvin Ağayevsə (86 kq, full-kontakt) ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib. Bundan sonra kikboksinq üzrə yığmanın aktivindəki medalların sayı 15-ə (3-5-7) çatıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)