Karateçimiz İrina Zaretska İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Karateçimiz İrina Zaretska İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

O, Bakıdakı uğurunu Konyada təkrarlayıb

 

Bu gün Konyada (Türkiyə) keçirilən V İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlar da keçirilib. Dayanq üzərinə çıxan karateçilərimizdən 3-ü daha yaxşı döyüşərək Oyunların medalını qazanıb. Ən yaxşı nəticəni isə 68 kq-da mübarizə aparan İrina Zaretska göstərib. Bütün döyüşlərini qələbə ilə başa vuran Zaretska 2017-ci ildə Bakıda keçirilən analoji yarışdakı uğurunu təkrarlayaraq, İslamiadanın ikiqat qalibi olub. Bu gün mübarizəyə qatılan təmsilçilərimizdən Pənah Abdullayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) isə yalnız həlledici finalda büdrəyərək İslamiada-2022-nin ikincisi olub.

Bununla da karate üzrə yığmamızın aktivindəki medalların sayı 6-ya (1-2-3) çatıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020