Qadın şahmatçıların şəxsi Avropa çempionatına start veriləcək -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Qadın şahmatçıların şəxsi Avropa çempionatına start veriləcək  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Avqustun 20-də Çexiyanın paytaxtı Praqada qadın şahmatçıların şəxsi Avropa çempionatına start veriləcək. Çempionatda Azərbaycan şahmatçıları da iştirak edəcəklər. Qeyd edək ki, bu çempionatda Azərbaycanı Günay Məmədzadə, Gülnar Məmmədova. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva, Səbinə İbrahimova. Ləman Hacıyeva və Mələk İsmayıl təmsil edəcək. Çempionatda ümumilikdə 125 şahmatçı mübarizə aparacq. Çempionatın reytinq favoriti gühcüstanlı Nana Dzaqnidzedir (2531). Azərbaycan şahmatçısı Günay Məmmədzadə (2466) isə reytinq göstəricisinə görə dördüncüdür. Göründüyü kimi, ölkəmizi yaxın günlərdə Çennaedə (Hindistan) keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında təmsil edən və çıxışını medalın bir addımlığında başa vuran qadın yığmamızın üzvləri də AÇ-ya qatılanlar arasında yer alıblar.
Çempionata avqustun 31-də yekun vurulacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020