Gənc güləşçimiz Nihad Quluzadə dünya çempionudur -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Gənc güləşçimiz Nihad Quluzadə dünya çempionudur -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bolqarıstanın paytaxtı Sofiyada 20 yaşlı (U-20) güləşçilər arasında keçirilən dünya birinciliyi artıq finişə yaxınlaşır. Birinciliyin son iki günündə yunan-Romaçılar ("klassiklər") mübarizə aparıblar. Dünən döşək üzərinə çıxan təmsilçilərimizdən 3-ü bu gün medallar uğrunda son həlledici görüşünə çıxıb. Onlardan isə ən yaxşı nəticəni Nihad Quluzadə (55 kq) göstərib. O, bütün görüşlərini qələbə ilə başa vuraraq, dünya çempionu adını qazanıb. Bu gün daha iki güləşçimiz - Laçın Vəliyev (87 kq) və Xasay Həsənli (7 kq) isə bürünc medal uğrunda görüşə çıxıb. Bu cütlükdən yalnız Laçın görüşünü qələbə ilə bitirərək dünya üçüncüsü olub.
Avqustun 21-də dünya birinciliyinə yekun vurulacaq. Çempionatın son günündə daha iki güləşçimiz medal görüşünə çıxacaq. Cütlükdən Qurban Qurbanov (72 kq) qızıl medal və çempionluq uğrunda güləşəcək. Nihat Məmmədli (60 kq) isə dünya üçüncüsü olmağa çalışacaq.
Hazırda Azərbaycanın aktivində 6 (3-1-2) medal var. Qurbanovun sayəsində medal sayı 7 olacaq. Çünki o, finalda uduzsa belə, gümüş medalı özünə təmin edib. Məmmədli isə bu sayı 8-ə çatdıra bilər. Təbi ki, bürübc uğrunda görüşü udursa.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)