Kişi voleybol komandamız AÇ-2023-ün seçmələrini başladığı kimi də başa vurub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Kişi voleybol komandamız AÇ-2023-ün seçmələrini başladığı kimi də başa vurub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Dünən kişi voleybolçulardan ibarət yığmalar arasında Avro-2023-ün seçmə qrup oyunlarına 6-cı turun oyunları ilə yekun vurulub. Baş məşqçisi Pərviz Səmdov olan Azərbaycan komandası son maçını Danimarkada yerli komandaya qarşı keçirib. Görüş əvvəlcədən gözlənildiyi kimi, Azərbaycan komandasının məğlubiyyəti ilə bitib. Belə ki, doğma divarlar arasında keçirdiyi ilk turda Danimarka millisinə 1:3 hesabla uduzan Azərbaycan yığması səfərdə isə "quru" hesabla uduzub - 3:0 (25:19, 25:19, 25:15).
Qeyd edək ki, Pərviz Səmədovun rəhbərlik etdiyi Azərbaycan yığması qrup mərhələsində keçirdiyi (ev və səfər) 4 oyunun hamısında meydanı məğlub durumda tərk edib. 4 oyunda cəmi bir setdə (1:12) qalib gələn Azərbaycan komandası bir xal qazanmadan belə yer aldığı A qrupunda sonuncu olub. Yeri gəlmişkən, yığmamız yer aldığı qrupda Türkiyə millisinə də (evdə və səfərdə) uduzub.
Yeri gəlmişkən, kişi voleybol komandamız bu günlərdə Konyada (Türkiyə) keçirilən 5-ci İslam HəmrəyliyiOyunlarında da fiaskoya uğrayaraq, vətənə əliboş qayıdıb.
İNTİQAM Məmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)