Daha iki güləşçimiz - Abdullazadə ilə Qurbanov dünya çempionu olub - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Daha iki güləşçimiz - Abdullazadə ilə Qurbanov dünya çempionu olub - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bolqarıstanın paytaxtı Sofiyada 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən dünya birinciliyinə bu gün yinan-Romaçıların qızıl və bürünc medallar uğrunda çıxışı ilə yekun vurulub. Çempionatın son günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, güləşçilərimiz son gündə 3 medal qazanıblar. Medallardan ikisi qızıl, biri isə bürünc əyarlı olub. Qızılları Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq), bürüncü isə Nihat Məmmədli (60 kq) qazanıb. Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan komandası dünya çempionatın 3-ü qızıl, 2-ci bürünc əyarlı olmaqla 5 medalla başa vurub.
Ümumilikdə isə Azərbaycan komandasə dünya birinciliyini 9 (5-1-3) medalla başa vurub. Bu medallardan 3-ü (2-1-0) sərbəst güləşçilərin, 1-i (0-0-1) qızların, 5-i (3-0-2) isə klassiklərin payına düşüb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)