Yunan-Roma güləşi üzrə U-20 yığmamız dünya ikincisi olub - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Yunan-Roma güləşi üzrə U-20 yığmamız dünya ikincisi olub - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada sərbət güləşçilərin çıxışı ilə start götürən idman güləşi üzrə dünya birinciliyinə yunan-Romaçıların (klassiklər) mübarizəsi ilə yekun vurulub. Qeyd edək ki, sərbəs və qadın güləşi üzrə 20 yaşlılardan ibarət yığmalarımızdan fərqli olaraq, eyni yaşdan olan yunan-Romaçılarımız daha yaxşı nəticə göstəriblər. Qeyd edək ki, çempionatda 3-ü qızıl. 2-si bürünc əyarlı olmaqla 5 medal qazanan Yunan-Roma güləşi üzrə Azərbaycan millisi topladığı 119 xalla yalnız İrandan (174 xal) geri qalmaqla komanda hesabında dünya ikincisi olub. Üçüncü yeri siə Ukrayna (93 xal) tutub. Maraqlıdır ki, 10 çəki üzrə keçirilən mundiala 8 nəfərlə qatılan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxmağı bacarıb. Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında mundialda iştirak edən 8 idmançıdan 3-ü - Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıb. Bu nəticə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekorddur. Yığmamız bununla da son 8 ilin ən yaxşı nəticəsinə imza atıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)