"Qarabağ"ın "Viktoriya" ilə səfər matçının taleyi kimlərə taşırılıb? - İNTİQAM təqdim edir (AZ-press.AZ)

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin 23 avqustda keçiriləcək cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Avropanın klub turnirləri arasında ən səviyyəlisi olan bu turnirdə ölkəmizi təmsil edən "Qarabağ" FK-nın "Viktoriya"ya (Çexiya) qarşı səfər (cavab) matçını idarə edəcək hakimlər də bəlli olub. Qeyd edək ki, avqustun 23-də saat 23:00-da Palzene şəhərindəki "Dusan Arena"da başlanacaq "Viktoriya" - "Qarabağ" matçının taleyi Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Artur Diaşa laysmanlar - Ruy Tavareş və Paulu Soareş kömək edəcək. Fabiu Verissim isə 4-cü hakim olacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda hesab açılmayıb - 0:0.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020