BDU-nun rektoru Ankara Universitetinin Texnoparkında elmi tədqiqat işlərilə tanış olub +FOTO=4
Bu xəbəri paylaş
BDU-nun rektoru Ankara Universitetinin Texnoparkında elmi tədqiqat işlərilə tanış olub
BakıDövlətUniversitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyət iTürkiyənin Ankara Universitetinin Gölbaşıda yerləşən Texnoparkında olub. Nümayəndə heyəti texnoparkda yerləşən şirkətləri ziyarətedib, onların nümayəndələri ilə danışıqlar aparıb, həyata keçirilən layihə və araşdırmalarla tanış olub.
Elmi tədqiqat əlaqələrinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə gerçəkləşən görüş çərçivəsində Türkiyə universitetlərinin elmi-tədqiqatlarının istehsalata tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlər öyrənilib. Ankara Universitetinin bu sahədə əldə etdiyi təcrübədən BDU-da bəhrələnmək, BDU-nun Texnoparkının qurulmasında mövcud təcrübədən yararlanmaq üçün şirkətlərin Universitet ilə birgə fəaliyyəti ilə tanış olunub.Texnopark rəhbərliyi araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər haqqında geniş məlumat verib, müxtəlif innovativ layihələr nümayiş etdirilib. Tədqiqatlar ətrafında müzakirə aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ankara Universitetinin Gölbaşı Texnoparkı 2009-cu ildən fəaliyyət göstərir. Təxminən 15 min kv.m ərazidə yerləşir. Parkda 140 ofis fəaliyyət göstərir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



