"Qədim Şuşadan Bülbül avazı" +FOTO=13

"Qədim Şuşadan Bülbül avazı" +FOTO=13

"Qədim Şuşadan Bülbül avazı"
 

18 avqust 2022-ci il tarixində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün anadan olmasının 125illik yubileyi münasibətilə Sənətkarın Şuşa şəhərində yerləşən ev-muzeyində Bülbülün Memorial Muzeyinin, Bülbülün Şuşadakı Ev-Muzeyinin və "Aytam" UMMİB-nin birgə təşkilatçılığı ilə"Qədim Şuşadan Bülbül avazı" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Bülbülün Şuşadakı Ev-Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli Qədim Şuşanın tarixindən, Qarabağda ilk bərpa olunan və fəaliyyətə başlayan Bülbülün Ev-Muzeyindən söhmət açmışdır. Tədbirin təşkilatçılarından olan Murad Həsənxanlı Bülbül irsinin gənclər arasında geniş təbliğ olunması istiqamətində geniş məruzə ilə çıxış etmişdir. 
Tədbirdə Respublika və Beynəlxalq müsabiqələr laureatı Əli Vahidov Bülbülün repertuarından "Ölkəm", "Sənsiz", "Sevgili canan" romanslarını ifa etmişdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020