Günay Məmmədzadə AÇ-də 3-cü qələbəsini qazanıb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Günay Məmmədzadə AÇ-də 3-cü qələbəsini qazanıb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir. Azərbaycanın 7 şahmatçı ilə təmsil olunduğu və isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu çempionatda 3-cü tura da yekun vurulub. Hesabat turunda şahmatçılarımızdan 4-ü qələbə qazanıb, qalan 3-ü isə rəqiblə sülh bağlayıb. Yığmamızın lideri, və reytinq göstəricisinə görə yarışda 4-cü olan Günay Məmmədzadə bu turu da qələbə ilə başa vuraraq, 3 xalla yarış cədvəlində birinci pilləyə yüksəlib. Turu Gülnar Məmmədova, Xanım Balacayeva və Səbinə İbrahimova da qələbə ilə bitirib. Gövhər Beydullayeva, Ləman Hacıyeva və Ülviyyə Fətəliyeva isə turu sülh şəraitində başa vuruv. Geridə qalan 3 turdan sonra Məmmədzadənin aktivində 3, Fətəliyeva və Məmmədovanın 2,5. Hacıyevanın 2, Balacayeva, Beydullayeva və İbrahimovanınsa hərəyə 1,5 xalı var.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)