Qadın voleybol yığmamız Gürcüstana yola düşüb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamız Gürcüstana yola düşüb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu səfərdə məqsəd Avropa çempionatının təsnifat mərhələsində növbəti matçını keçirməkdir. Qeyd edək ki, AÇ-2023-ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçularımız qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Xatırladaq ki, baş məşqçi Eldar Yusubovun rəhbərlik etdiyi millimiz qrupdakı ilk oyunun Bakıda Gürcüstana qarşı keçirib və 3:0 hesabı ilə qalib gəlib. Bu günlərdə Konyada (Türkiyə) keçirilən İslamiada-2022-nin üçüncüsü olan yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Xatırladaq ki, təsnifat mərhələsində 24 komanda 6 qrupda mübarizə aparır. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)