Gimnastlarımız dünya çempionatına gedəcəklər - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Gimnastlarımız dünya çempionatına gedəcəklər - İNTİQAM təqdim edir (AZ-press.AZ)
14-18 sentyabr günlərində Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Olimpiya təsnifatlı dünya çempionatı keçiriləcək. Həm fərdi. həm də qrup hərəkətləri üzrə keçirilməsi nəzərdə tutulan bu mundialda Azərbaycan idmançıları da iştirak edəcəklər. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizi mundialın fərdi yarışlarında Zöhrə Ağamirova, Alina Qezalova və İlona Zeynalova (sonuncu cütlük DÇ-da debüt edəcək) triosu, qrup hərəkətləri üzrə yarışda isə həmişəki kimi Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokinadan ibarət "altılıq" təmsil edəcək.
Qeyd edək ki, bu mundial 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)