Xaqani Cəfərli: “Öldürün, öldürün, öldürün!"
Bu xəbəri paylaş
Xaqani Cəfərli: “Öldürün, öldürün, öldürün!"
“Baharın on yeddi anı” filimi ilə sovet vətəndaşlarına təlqin etmişdilər ki, nasistlərin liderlərindən biri Herman Görinqin belə bir çağrışı olub: “Öldürün, öldürün, öldürün. Nəticəsi haqqında düşünməyin. Sizin yerinizə mən cavab verəcəm”. Herman Görinqin belə çağrışının olduğunu sübut edəcək tarixi mənbə mövcud deyil.
Herman Görinqdən fərqli olaraq “Rus dünyası”nın ideoloqlarından biri Aleksandr Duqinin 2014-cü ildə “Öldürün, öldürün, öldürün. Artıq danışıq olmamalıdır. Bir professor kimi mən də belə düşünürəm” – deyə çağrış etdiyini sübut edən video və yazı mətinləri mövcuddur.
Aleksandr Duqinin qızı idarəetdiyi avtomobilinin partladılması nəticəsində həyatını itirib. Bununla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr gedir. Çox maraqlıdır ki, bu hadisə ilə bağlı fikir bildirənlər hücuma məruz qalır. İnsanları toplu şəkildə öldürməyə çağıranı qınamayan, lənətləməyən biri üçün “göz yaşı” tökmək Rusiyanın cəsus şəbəkəsinə bağlı olmağın sübutu kimi yetərli deyilmi?
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






