Günay Məmmədzadə qələbə seriyasını dayandırıb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Günay Məmmədzadə qələbə seriyasını dayandırıb - İNTİQAM təqdim edir (AZ-press.AZ)
Çexiyanın paytaxtı Praqada 7 Azərbaycan təmsilçisi də daxil olmaqla 123 qadın şahmatçının iştirakı ilə keçirilən fərdi Avropa çempionatı davam edir. Xəbər verdiyimiz kimİ, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mükafat fondu 60 min avro təşkil edən çempionatda ölkəmizi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva, Səbinə İbrahimova və Ləman Hacıyevadan ibarət yedilik təmsil edir. Dünən çempionatda sayca 4-cü turun oyunları keçirilib. Turu ümumilikdə Azərbaycan şahmatçıları üçün məğbul hesab etmək olar. Belə ki, 7 təmsilçimizdən 4-nün qalib gəldiyi turda qalan 3 şahmatçımız rəqiblı xal bölgüsünə razılaşıb. Ən təəssüfləndirici məqam isə qadın yığmamızın lideri, iştirakçılar arasında reytinq göstəricisinə görə 5-ci olan Günay Məmmədzadənin 3 ardıcıl qələbədən sonra rəqiblə sülh bağlayaraq. qələbə seriyisını dayandırması olub. Turda 0,5 xal itkisi Günayın 3,5 xalla birinci pillədən 4-cü yerə düşməsinə səbəb olub.Digər şahmatçəlarımıza gəlincə, Ülviyyə Fətəliyeva. Gülnar Məmədova. Ləman Hacıyeva və Gövhər Beydullayeva turu qələbə ilə başa vurub. Fətəliyeva və Məmmədova bu qələbədən sonra xallarını 3,5-ə çatdırmaqla yarış cədvəlində 6 və 8-ci pilləyə yüksəlib. Hazırda ilk 4 turdan sonra Azərbaycan şahmatçıları da daxil olmaqla 8 şahmatçı 3,5 xalla 1-8-ci yerləri bölüşür. Daha iki təmsilçimiz - Xanım Balacayeva və və Gövhər Beydullayeva isə turu sülhlə bitirənlər arasında olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)