Yeniyetmələrin dünya çempionatı başlayıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Yeniyetmələrin dünya çempionatı başlayıb  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Oruczadə ilk qarşılaşmada erməni Aqasyanı məğlub edib

 

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Dünya çempionatına start verilib. Avqustun 28-dək davam edəcək bu çempionatda Azərbaycan cüdoçuları da iştirak edəcəklər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə ölkəmiz çempionata 9 idmançı ilə qatılacaq ki, bu doqquzluqda da Məhəmməd Məmişov (-50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (hər ikisi 66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (hər ikisi 73 kq), Camal Bağışov (81 kq) və Ramazan Əhmədov (+90 kq) yer alıb. Qeyd edək ki, avqustun 27-dək fərdi, 28-də isə komanda yarışları keçiriləcək.

 

Xatırladaq ki, bu gün çempionata qatılan yığmamızın üzvləri yarışa hazırlıq məqsədi ilə avqustun 8-dən 13-dək Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışda olub. Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı Qazaxıstan və Kiprdən olan idmançılarla birgə baş tutan həmin hazırlıq prosesində yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edib. Bunun ardınca cüdoçularımız Bakıda “Cüdo-2012” klubunun idman zalında mötəbər yarışa hazırlıqlarını davam etdiriblər.

 

Bu gün iki cüdoçumuz - Məhəmməd Məmişov (50 kq) və Şahin Oruczadə (55 kq) mübarizəyə qatılıb. Məmiş ilk görüşünü italiyalı Emiliano Latantsiyə qarşı keçirəcək. Oruczadə isə artıq ilk görüşdə erməni Baxe Aqasyanla qarşılaşmadan qalib ayrılıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020