Masallı RİH başçısı hər gün vətəndaşlarla görüşür Akif Ağayev (AZ-press.AZ) +FOTO=9
Bu xəbəri paylaş
Masallı RİH başçısı hər gün vətəndaşlarla görüşür Akif Ağayev (AZ-press.AZ) +FOTO=9
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul 2022-ci il tarixli Sərəncamı ilə Masallı rayonuna İcra Hakimiyyətinin başçısı təyin edilmiş Araz Süleyman oğlu Əhmədov ərazilərdə əhalinin vəziyyəti ilə tanış olur, şəhid məzarlarını ziyarət edir, vətəndaşların müraciətlərini dinləyir, problemləri ilə maraqlanır.
Rayon rəhbəri olduğu bütün ərazilərdə səmimiyyətlə qarşılanır, insanların rastlaşdıqları çətinliklərin həlli ilə maraqlanır.
Görüşlərdə Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul zamanı tarixi nitqini dilə gətirərək, bir daha bildirib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir...
2 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Mahmudavar, Türkoba, Hişkədərə, Tüklə, avqustun 3-də Boradigah, Bədəlan, Kolatan, Sığdaş, avqustun 4-də Qızılağac, Viləş, Birinci və İkinci Yeddioymaq, Qasımlı, Şıxlar, avqustun 6-da Qızılavar, Lürən, Musaküçə, Öncəqala, avqustun 9-da Qarğalıq, Xallıcalı, Kürdəbaz, Qədirli, Eminli, Şərəfə, avqustun 10-da Ərkivan, avqustun 11-də Təzəkənd, Sərçuvar, Xıl, Göyəçöl, avqustun 13-də Banbaşı, Yeyənkənd, avqustun 16-da Təzə Alvadı, Köhnə Alvadı, avqustun 17-də Miyanku, avqustun 18-də Güllütəpə, avqustun 22-də Çaxırlı, Təklə, avqustun 23-də Həsənli və Xırmandalı, avqustun 24-də Qodman və Qəriblər ərazilərində olub, sakinlərlə görüşüb.
Görüşlərdə rayon rəsmiləri, ağsaqqal və ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak ediblər.
Rayon rəhbəri əvvəlcə ərazilərdəki 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş, Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalmışların abidə kompleksini, eləcə də Birinci və İkinci Qarabağ şəhidlərinin, rayonun tanınmış şəxslərinin məzarını ziyarət edib, önünə tər qərənfillər düzərək xatirələrini ehtiramla yad edib.
Əksər şəhid ailələrini ziyarət edən İcra başçısı onların qayğı və problemləri ilə maraqlanıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla görüşdə onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib, digərləri nəzarətə götürülüb.
Sakinlər Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova yeni vəzifəsində uğurlar diləyib, problemlərin həllində kömək göstərməsini xahiş ediblər.
A.Əhmədov da öz növbəsində Möhtərəm Prezidentimizin etimadını doğruldacağını sakinlərə bildirərək, hər zaman onların qayğıları ilə maraqlanacağını bildirib.
RİH başçısı həmçinin bu günlərdə beynəlxalq yarışlarda qələbə qazanan rayon idmançıları – Məmmədova Ruzanna Səxavət qızı, Rəşidli Rəşid Rəssam oğlu, Mirzəyev Bəhruz Şakir oğlu, Əliyev Zəfər Cəlal oğlu və Əmrahov Əmrah İltizam oğlu ilə görüşərək onları qazandıqları qələbələr münasibəti ilə təbrik edib...
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








