ALİM XƏZƏRDƏ BOĞULMALARIN ARTMASI İLƏ ƏLAQƏDAR MÜSAHİBƏ VERİB +VİDEO

ALİM XƏZƏRDƏ BOĞULMALARIN ARTMASI İLƏ ƏLAQƏDAR MÜSAHİBƏ VERİB 

 

AMEA Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzər dənizində boğulmaların artma səbəblərini araşdıran Baku TV-yə müsahibə verib.

 

Xəzərin dünyada ən təlatümlü dənizlərdən hesab edildiyini vurğulayan alim sahillərdə dalğanın hündürlüyünun 10-12 metrə çatdığını diqqətə çatdırıb. O bildirib ki, iqlimlə əlaqədar ilin 250 günü dənizdə küləkli hava müşahidə edilir ki, nəticədə suda uçqun, yarğan və burulğanlar əmələ gəlir. Burulğanlar şimal küləyi əsərkən dalğa hansı sürətlə sahilə gəlirsə həmin istiqamətdə də suyun altı ilə əks olunması nəticəsində yaranır və həmin ərazidə suda olan şəxs boğulma təhlükəsi ilə üz-üzə qalır.

 

Ə.Əliyevin sözlərinə görə Xəzər dənizinin duzluluq dərəcəsi okean və digər dənizlərlə müqayisədə xeyli azdır; məs., Aralıq dənizi ilə müqayisədə Xəzərin 1 litr suyunda 12 qram duz varsa, bu, Aralıq dənizində 40-45 qram təşkil edir. Xəzərdə çimərkən suyun elə bil insanı aşağıya doğru çəkməsi təsəvvürü yaranır. Ona görə də bunu nəzərə alaraq ehtiyatı əldən vermək olmaz.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020