Hikmət Xudiyev: ANKARADA AĞDAM DÜŞÜNCƏLƏRİ
Bu xəbəri paylaş
Hikmət Xudiyev: ANKARADA AĞDAM DÜŞÜNCƏLƏRİ
ANKARADA AĞDAM DÜŞÜNCƏLƏRİ 2021-ci il
Elə bir Ağdam tikin ki,
Seyid Lazım Ağası, Seyid Füğarası olsun!
Elə bir Ağdam tikin ki,
Fred Asiflər doğan anası olsun!
Ağdamın yenə də Şuşaya, Xankəndinə gedən yolu olsun,
Bu şəhərin ermənisiz sağı, solu olsun!
Baş kürsüsündə yenə əyləşsin Sadıq Murtuzayev,
Ağdamda cənnət misal olsun yenə hər ocaq, hər ev.
Elə bir Ağdam tikin ki, yenə Qədiri, Rəmişi olsun,
Elə bir Ağdam ki, yenə də düşmənimi parçalayan dişi olsun!
Ağdamın Xudusu, Rafiki, Adiləsi olsun!
Lap elə dəli Dilbər kimi məzəsi olsun.
Lal Tariyeli yenə görüm küçəsində,
Ağdamın səsi gəlsin yenə dünyanın hər ölkəsində.
Ağdam yenə Xankəndində at oynatsın,
Adı gələndə düşmən məkanında qulaqlar batsın!
Ağdam yenə erməni kişisinin papağını yerə soxsun!
Bir möhtəşəm şəhər tikin ki, Ağdam anası 6 min şəhidi doğsun!
Elə bir Ağdam tikin ki, yenə də olsun o qız.
Desin ki, mənə:
Sən müəllimsən, həm də atasız...
Kasıbsan, atam sənə verməz qız...
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





