Gülağa Tənha: YA YAŞAT, YA DA ÖLDÜR

 Gülağa Tənha:

YA YAŞAT, YA DA ÖLDÜR


Gəl, saçına əl çəkim
Kövrələn duyğu kimi.
Sıxım, gözümə sıxım,
Bir şirin yuxu kimi.
Günahımı, suçumu,


Allahımsan, əfv elə.
Ya yaşat adam kimi,
Ya öldür, daha bəsdi;
Vurulduğum gözlərin
Arasında dəfn elə!


Sumqayıt, 1982

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020