Gülağa Tənha: BU GECƏ

 Gülağa Tənha:

BU GECƏ


Necə kövrəlmişəm sənsiz bu axşam,
Yadıma düşmüsən yenə bu gecə.
Bilirsən mən necə sənsizləmişəm,
Əlim necə çatsın sənə bu gecə?!


Saldı ayrılığın saçlarıma dən,
Bilməzdim bu qədər daşürəklisən…
Soruşdum mən səni zülmət gecədən,
Vüsalın göylərdən enə bu gecə…


Sənsiz bilməmişəm baharı, qışı,
Yağıb taleyimə qəmin yağışı.
Sevincə qarışa gözümün yaşı,
Həsrətin alovu sönə bu gecə.


Kədərin az qalıb qəddimi əyə,
Nə ola tellərin qapımı döyə,
Ruhum qanadlana, ucala göyə,
Sevgilim göylərdən enə bu gecə.


İspaniya, 04.10.2003

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020